“Qədim Pskov abidələri” Dünya İrs Siyahısına salındı


Siyasət 07 İyl 2019 14:20:00 197 0

“Qədim Pskov abidələri” Dünya İrs Siyahısına salındı

İyulun 7-də Dünya İrs Komitəsinin 43-cü sessiyasında baxılan növbəti məsələ Rusiya Federasiyasının Pskov şəhərinin 10 kilsə və məbədinin Dünya İrs Siyahısına salınması ilə bağlı olub.

Son.az Trend-ə istinadən bildirir ki, sessiyada "Qədim Pskov abidələri" adlı nominasiyasına dair İCOMOS-un məruzəsi dinlənildi. Məruzədə qeyd edildi ki, Rusiya şəhərsalma və pravoslav memarlığının ən qədim və gözəl nümunələrinin olduğu Pskov şəhərində hökumət tərəfindən kifayət qədər konservasiya tədbirləri görülmür.

Müzakirələrdə çıxış edən Çin, Norveç, Macarıstan və digər ölkələr Pskov şəhərinin Dünya İrs Siyahısına salınmasının bu qədim şəhərin qorunması baxımından faydalı olacağını vurğuladılar.

Qərar layihəsi qəbul olunduqdan sonra Rusiya Federasiyasının nümayəndə heyəti və Pskov vilayət hökumətinin rəsmi nümayəndəsi minnətdarlıq nitqi ilə çıxış etdilər.