Balaxanının 105 saylı "cəhənnəm marşrutu"ndan REPORTAJ FOTO


Digərləri 07 İyl 2019 14:25:00 320 0

Balaxanının 105 saylı "cəhənnəm marşrutu"ndan REPORTAJ  FOTO

Sabunçu rayonu, Balaxanı qəsəbəsinin sakinləri avtobus problemi yaşayırlar. Belə ki, əraziyə işləyən 2 marşrut xətti olsa da, sakinlər iddia edirlər ki, əksər hallarda evlərinə taksi ilə gəlməli olurlar.

Məlumat verək ki, Balaxanı ərazisinə 216 və 105 nömrəli avtobuslar işləyirlər. Sakinlər bildiriblər ki, "8-ci kilometr" bazarının yanından qəsəbəyə (Fazenda kimi tanınan əraziyə) 105 saylı marşrut avtobusu işləyir. 216 saylı avtobus isə "Koroğlu" metrostansiyasından Köhnə Balaxanıya (kəndin özünə) işləyir.

Yeni Balaxanının sakini Rafiq Atakişiyev bildirdi ki, 216 saylı avtobusun yolu yaxın olduğu üçün  sakinlər əsasən bu marşrut xəttindən istifadə edirlər: "Həmin avtobusa minmək üçün sakinlər hər gün bir neçə kilometr yol qət etməli olurlar. Uşaqlar hər gün məktəbə getmək üçün xeyli yolu piyada gedirlər. Kənd sakinləri bir çox hallarda taksilərdən istifadə edirlər ki, bu da onları əlavə xərcə salır. Ancaq 105 saylı avtobusda vəziyyət daha da acınacaqlıdır. Deməli, birincisi avtobus orta tutumlu olduğu üçün insanlar zülm çəkirlər. Təsəvvür edin ki, qəsəbədən gələn avtobus burulur Balaxanı kəndinin içərisinə, dar yollardan keçir. Sonra yenidən kəndə döndüyü yerə qayıdır. Burada insanlar azı 15 dəqiqə vaxt itirirlər. Ardınca avtobus gedir Bakıxanov qəsəbəsinə. Buranı da fırlanandan sonra yol alır "Neftçilər" metro stansiyasının qarşısına. Metroya qədər olan 6-7 kilometr məsafəni 50 dəqiqəyə gedirik. Dəfələrlə məsələ ilə bağlı şikayətlər etmişik. Ancaq heç bir faydası yoxdur. Hələ yay ayıdır. Məktəblər bağlıdır. Dərslər açılan zaman bu avtobuslara yaxın düşmək olmur. Özü də sürücüləri də avtobusu normal idarə etmirlər. Bir də gördün qəsəbədən gəlib, Balaxanı kəndinə döndükləri "stansiya" deyilən ərazidə saxlayıb, on dəqiqə dispetçerlə dava etdilər. Camaatın vəziyyəti çox çətindir". 

Şikayətdən sonra qərara gəldik ki, avtobusa minib biz də qəsəbəyə qədər gedək. Doğrudan da deyilənlərin həqiqət olduğunu müşahidə etdik. Avtobusda sərnişinlərlə həmsöhbət olduğumuz zaman hər kəsin şikayətçi olduğunu öyrəndik. 

Sərnişinlər bildirdilər ki, qəsəbəyə daha çox Sabunçu dairəsindən taksi ilə gəlirlər: "Əslində bu avtobus kəndin içərisinə girməsə, bir qədər vəziyyət normal olar. Biz dəfələrlə şikayət etmişik ki, avtobusun həcmi kiçikdir. Camaat əziyyət çəkir. Cavab veriblər ki, iri avtobus kəndin dar küçəsində dönə bilmir. Ay qardaş, bu avtobus nə üçün kəndə gedib, dönüb qayıtmalıdır? Kəndin öz avtobusu var axı. Fazenda kimi tanınan Yeni Balaxanı ərazisində yaşayanlar kəndin sakinlərindən çoxdur. Burada indinin özündə dayanmadan evlər tikilir, küçə salınır, mağazalar açılır. Yaxşı, bəs bu qədər camaat əraziyə nə ilə gəlməlidir? Belə çıxır ki, maşını olmayan evindən çölə çıxmasın?", - deyə avtobusda söhbət etdiyimiz sərnişinlər bildirdilər. Sərnişinlərdən öyrəndik ki, qış aylarında marşrutlar ən geci saat 20:00-a qədər işləyir. Evlərinə bu saatdan gec gələnlər və ya bu saatdan sonra şəhərə çıxmaq istəyənlər taksi axtarmalıdırlar". 

Onu da qeyd edək ki, 105 saylı avtobusun problemləri ilə bağlı internetdə axtarış verdikdə xeyli material tapmaq olur. Avtobusla hərəkət etdiyimiz zaman müşahidə etdik ki, nəqliyyat vasitəsi istismara yararsız haldadır. Oturacaqlar dağılmış vəziyyətdə, içəri natəmiz, qapılar isə nasaz idi. Avtobus sürücüləri ilə. 


Xəbərə aid fotolar