Turistlərə görə qadın polislərə şortik geyinməyi əmr etdi FOTO


Dünya 07 İyl 2019 14:09:00 196 0

Turistlərə görə qadın polislərə şortik geyinməyi əmr etdi  FOTO

Livanın Brumanna şəhərinin meri Pyer Açkar qadın polislərə turistləri cəlb etmək üçün qısa şortikdə gəzməyi əmr edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, merin sözlərinə görə, bu üsul daha çox qərb turistlərinin cəlb olunmasına kömək edəcək:

"Qərb ölkələrinin bizim haqqımızda olan düşüncələrini dəyişdirmək istəyirik.  Aralıq dəniz ölkələrində turistlərin 99 faizi qısa şortiklərdə gəzir".

Merin bu fəaliyyəti siyasi sferada kəskin etirazlara səbəb olub. Mühafizəkarlar Açkarı qadın polislərini lüzumsuz "soyundurmaq"da ittiham edirlər. Liberallar isə kişi polislərin tamamiylə qapalı geyindiyi halda, qadınların uniforma kimi qısa şortikdə gəzməsinə qarşı çıxıblar.


Xəbərə aid fotolar