Avtomobil 15 yaşlı oğlanı vurdu


Digərləri 07 İyl 2019 13:52:00 196 0

Avtomobil 15 yaşlı oğlanı vurdu

Saatlıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. "Mercedes" markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən Saatlı şəhər sakini, 2004-cü il təvəllüdlü Mehdizadə İbrahim Famil oğlunu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yeniyetməyə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə göndərillib.

Faktla bağlı araşdırma aparılır.