Meşə yanğını - İrana dəyən ziyan...


Digərləri 07 İyl 2019 13:49:59 189 0

Meşə yanğını - İrana dəyən ziyan...

Ötən bir neçə ay ərzində İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində 330 hektar meşə ərazisi yanıb.

Bakı. Elnur Bağışov - Ötən bir neçə ay ərzində İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində 330 hektar meşə ərazisi yanıb. Trend-in məlumatına görə, bunu İranın Kohgiluyə və Buyir-Əhməd vilayətinin Təbii Ehtiyatlar İdarəsinin baş direktoru Qulamhüseyn Hikmətian Əsl deyib. Q.Hikmətian Əslin sözlərinə görə, bu meşə yanğınlarından dəyən ziyan 66 milyard rial (təxminən 1,5 milyon dollar) həcmində hesablanır.