Britaniyada böyük quldarlıq şəbəkəsi ifşa edildi


Dünya 07 İyl 2019 13:41:00 235 0

Britaniyada böyük quldarlıq şəbəkəsi ifşa edildi

Böyük Britaniya məhkəməsi Polşa vətəndaşları sayılan beş kişi və üç qadına müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzası kəsib.

Son.az musavat.com-a istinadən bildirir ki, bu barədə Böyük Britaniya prokurorluğunun rəsmi məlumatında göstərilir.

Rəsmi sənədlərdə bildirildiyinə görə, həmin şəxslər Polşadan öz həmvətənlərini pulsuz mənzil və yaxşı maaş vədi ilə aldadıblar. Gətirilənlərin çoxu evsiz və asılılığı olan insanlar olub. Lakin onların hamısı dar evə həbs edilib, həftədə 10 funta ağır işlər görürmüşlər.

"Bu, Böyük Britaniyada, bəlkə də Avropada köləliklə bağlı ən böyük məhkəmə prosesidir. Əməliyyatın miqyası olduqca heyrətamizdir. Cinayətkar qrup qul əməyi və şəxslərin sistematik istismar edilərək işlədilməsi sayəsində milyonlarla funt sterlinq qazanıblar," - prokurorluğun nümayəndəsi Mark Pol mətbuata bildirib.

Araşdırma 88 zərərçəkənin ifadəsi əsasında aparılsa da, təhqiqat sonunda 300-dən çox bu fırıldaqdan əziyyət çəkən şəxs müəyyən edilib.