Prezident Mirziyoyevdən söyüş söyən icra hakiminə: "Təmkinli ol!"


Dünya 07 İyl 2019 13:47:00 250 0

Prezident Mirziyoyevdən söyüş söyən icra hakiminə: "Təmkinli ol!"

Özbəkistan prezidenti Şövkət Mirziyoyev Əndican vilayətinin icra hakimi, yerli səhiyyə idarəsinin rəhbərini söyən Şuxrat Abdurəhmanovu yüngülvari danlayıb.

Son.az bildirir ki, virtualaz.org "Azadlıq" radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, Mirziyoyev iyulun 5-də keçirdiyi selektor müşavirəsi zamanı Abdurəhmanovun bir neçə gün əvvəl internetdə yayılmış səs yazısından danışıb, icra hakimini "təmkinli olmağa" çağırıb.

Xəbər verildiyi kimi, Əndicanın icra hakimi keçirdiyi müşavirə zamanı yerli səhiyyə idarəsinin rəhbərini "mraz", "cırndır", "impotent", "heyvan" və s. bu kimi ifadələrlə söyüb, onu tikə-tikə edəcəyini deyib. Habelə səhiyyə nazirinin ünvanına ağır söyüşlər yağdırıb. Abdurəhmanovu qəzəbləndirən isə budur ki, Əndican səhiyyə idarəsinin rəhbərliyi yerli şpris zavodunun buraxdığı şprislərin keyfiyyətsiz olduğu barədə səhiyyə nazirinə şikayət edib. Nazir isə öz növbəsində məsələ ilə bağlı Baş prokurora məktub yazıb.

Həmin zavodun buraxdığı şprislərdən və tibbi əlcəklərdən istifadə barədə icra hakimi özü tapşırmıdı. Və səhiyyə idarəsinin rəhbərinin ondan gizli yuxarılara şikayət etməsinə görə bərk qəzəblənib.

"Mən sənə hörmət edirəm. Amma haqqında internetdə yayılanları eşidəndə mənim üçün ağrılı oldu. Təmkinli ol. Sədaqət başqa şeydir, fəaliyyət başqa", - Mirziyoyev söyüşçül hakimə deyib.