Ermənistanın baş naziri reytinqini itirir


Dünya 07 İyl 2019 13:14:00 207 0

Ermənistanın baş naziri reytinqini itirir

ABŞ-ın Beynəlxalq respublikaçılar institutu Ermənistanda keçirdiyi sosioloji sorğunun nəticələrini açıqlayıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, nəticələrə görə, Ermənistan prezidenti Armen Sarkisyan əhali arasında populyarlıq göstəricisinə görə baş nazir Nikol Paşinyanı vurub keçib.

Belə ki, baş nazirin reytinqi 56%, prezidentin reytinqi isə 61% təşkil edib.

Partiyaların reytinqində hakim "Mənim addımım" bloku 52%-lə liderdir. Onun ardınca siyahıda "Çiçəklənən Ermənistan" (12%), Ermənistan Respublikaçılar Pariyası (5,1%) və "Daşnaksütun" (3,5%) gəlir.