Azərbaycanlı iş adamı rus qadına şok yaşatdı FOTO


Dünya 07 İyl 2019 12:24:00 249 0

Azərbaycanlı iş adamı rus qadına şok yaşatdı  FOTO

Dünən Rusiyanın Sankt-Peterburq şəhərinin Kalinin rayonundakı ərzaq mağazalarının birinin qarşısında canlanma yaşanıb. Polis, təcili yardım maşınları, əsəbi sahibkar... Bütün bunlara səbəb isə qurdlu pirojna olub.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, dünən günorta vaxtı Viktoriya adlı qadın Rustaveli, 13-də yerləşən dükandan iki pirojna alıb. Onun 11 yaşlı qızı ilk pirojnanı elə tez yeyib ki, şirniyyatın qoxusuna, dadına və tərkibinə fikir verən olmayıb. Lakin ikinci pirojnaya uşaq daha diqqətlə yanaşıb və onun qurdlu olduğunu görüb.

Viktoriya birbaşa mağazaya təcili yardım və polis çağırıb. Həkimlər bildiriblər ki, uşaq sağlamdır və yedikləri həzm olunacaq. Polis əməkdaşları isə protokol tərtib ediblər.

Mağazadan verilən çekə əsasən, obyektin sahibi Azərbaycan vətəndaşı Vüqar Məcidovdur. O, 2006-cı ildən Peterburqda sahibkarlıqla məşğuldur. Pərakəndə satışla məşğul olan "Varera" MMC adlı müəssisə də onun adına qeydiyyatdan keçirilib.


Xəbərə aid foto