İran növbəti dəfə öhdəliklərini dayandırdı


Dünya 07 İyl 2019 11:51:00 190 0

İran növbəti dəfə öhdəliklərini dayandırdı

İran Hərtərəfli Birgə Fəaliyyət Planında nəzərdə tutulan növbəti öhdəliklərini bu gündən dayandırır.

Bunu İranın xarici işlər nazirinin müavini Abbas İraqçı bununla əlaqədar keçirilən mətbuat konfransında deyib. Son.az xəbər verir ki, bu barədə Trend İRİNN-ə istinadən məlumat verib.

A.İraqçının sözlərinə görə, İran bundan sonra uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun yenilənməsi ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcək.

Nazir müavini sazişin Avropa tərəfinin ciddi şəkildə addım atmadığı halda, 60 gündən sonra İranın növbəti addımı atacağını deyib.

İraqçı əlavə edib ki, bununla əlaqədar İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqının məsul şəxsi Federika Moqeriniyə məktub ünvanlayıb.