İran növbəti dəfə öhdəliklərini dayandırıb


Digərləri 07 İyl 2019 11:12:00 183 0

İran növbəti dəfə öhdəliklərini dayandırıb

İran Hərtərəfli Birgə Fəaliyyət Planında nəzərdə tutulan növbəti öhdəliklərini bu gündən dayandırır

Bakı. Elnur Bağışov - İran Hərtərəfli Birgə Fəaliyyət Planında nəzərdə tutulan növbəti öhdəliklərini bu gündən dayandırır. Bunu İranın xarici işlər nazirinin müavini Abbas İraqçı bununla əlaqədar keçirilən mətbuat konfransında deyib. Bu barədə Trend İRİNN-ə istinadən məlumat verib. A.İraqçının sözlərinə görə, İran bundan sonra uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun yenilənməsi ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcək. Nazir müavini sazişin Avropa tərəfinin ciddi şəkildə addım atmadığı halda, 60 gündən sonra İranın növbəti addımı atacağını deyib.