Yunanıstanda seçki məntəqələri açıldı


Dünya 07 İyl 2019 10:51:00 178 0

Yunanıstanda seçki məntəqələri açıldı

Yunanıstanda vaxtından əvvəl parlament seçkilərində seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, onlar saat 19:00-a qədər işləyəcəklər, bundan sonra ilk ekzitpolların elan edilməsi gözlənilir.

Səsvermədə 17 yaşına çatmış və seçki hüququ olan bütün vətəndaşlar iştirak edə bilərlər.

Qanuna görə səsvermədə iştirak etmək məcburidir, baxmayaraq ki, sandıqa gəlməyənlər üçün sanksiyalar tətbiq edilmir.

Əsas mübarizə, SİRİZA ilə "Yeni Demokratiya" partiyaları arasında gedir.