Türkiyə 61 terrorçunu zərərsizləşdirdi


Dünya 07 İyl 2019 09:28:00 207 0

Türkiyə 61 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirilən "Pəncə" əməliyyatı çərçivəsində PKK terrorçularının sığınacaq və silah anbarını məhv ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 61-ə çatıb.

Bildirilir ki, əməliyyatın başladığı 27 may tarixindən ötən dövr ərzində 110 ədəd kustar üsulla hazırlanmış bomba, həmçinin terror təşkilatına aid 151 mağara və sığınacaq içərisindəki silah-sursat, o cümlədən ərzaqla birlikdə məhv edilib.

Bundan başqa 18 ədəd AK-47 avtomatı, 11958 AK-47 sursatı, 3 ədəd RPG-7, 24 əl bombası, 3362 kq partlayıcı və digər silah-sursat ələ keçirilib.