Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edir?


Digərləri 07 İyl 2019 08:00:00 216 0

Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edir?

2019-cu ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyatçılar 791,1 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox sərnişinə xidmət göstəriblər.

Bakı. Elçin Mehdiyev – 2019-cu ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyatçılar 791,1 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox sərnişinə xidmət göstəriblər. Trend-in məlumatına görə, sərnişinlərin 87,3 faizi avtomobil, 12,5 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı ilə daşınıb. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 690,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.