Londonda gəmi Vestminster körpüsünə çırpılıb


Digərləri 07 İyl 2019 07:10:20 197 0

Londonda gəmi Vestminster körpüsünə çırpılıb

Вестминстерский мост в Лондоне временно закрыт после того, как в него врезалось судно, сообщила столичная полиция

Bakı. Londonda Vestminster körpüsü müvəqqəti olaraq bağlanıb. Trend-in məlumatına görə, buna səbəb körpüyə gəminin çırpılması bildirilir. London polisi qeyd edib: "Gəminin Vestminster körpüsünə çırpılmasından sonra körpü müvəqqəti bağlanıb. London yanğınsöndürənləri və yerli hakimiyyət nümayəndələri hadisə yerindədir. Səbriniz üçün təşəkkür edirik. Bu hadisə terrorla əlaqəli deyil".