Türkiyə SQ İraqın şimalında 61 terrorçunu zərərsizləşdirib


Digərləri 07 İyl 2019 03:17:10 185 0

Türkiyə SQ İraqın şimalında 61 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirilən "Pəncə" əməliyyatı çərçivəsində PKK terrorçularının sığınacaq və silah anbarını məhv ediblər

Bakı. Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirilən "Pəncə" əməliyyatı çərçivəsində PKK terrorçularının sığınacaq və silah anbarını məhv ediblər. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata əsasən, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 61-ə çatıb.