İranda qum qasırğasından xəsarət alanların sayı


Dünya 06 İyl 2019 23:54:00 250 0

İranda qum qasırğasından xəsarət alanların sayı

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində ötən bir neçə gün ərzində xəstəxanaya müraciət edən vətəndaşların sayı 215 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib.

Ə.Şəhnəvazinin sözlərinə görə, onlardan 50 nəfəri xəstəxanaya yatırılıb.

Şəhnəvazi deyib ki, pasiyentlər tənəffüs sistemi, göz və ürək problemləri ilə müalicə mərkəzlərinə müraciət ediblər.