Azərbaycanda bu günədək 871 488 hektar ərazidə taxıl biçini aparılıb


Digərləri 06 İyl 2019 23:49:53 198 0

Azərbaycanda bu günədək 871 488 hektar ərazidə taxıl biçini aparılıb

Respublika ərazisində taxıl biçini davam edir

Bakı. Respublika ərazisində taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir. İyulun 6-na olan operativ məlumata görə, ölkə ərazisində 871 488 hektar ərazidə taxıl biçini aparılıb, 330 288 hektar ərazidə arpa, 541 200 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2 768 652 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,8 sentner təşkil edir. Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala və Ağcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağsu ərazisində arpa əkilmiş 16 036 hektar sahənin 15 830 hektarı artıq biçilib, buğda əkilmiş 20 039 hektar sahənin 17 840 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 31 s/ha, buğda üzrə məhsuldarlıq 32,6 s/ha təşkil edir. Şəki ərazisində arpa əkilmiş 21 626,3 hektar sahənin 21 580 hektarı artıq biçilib, buğda əkilmiş 45 962 hektar sahənin 38930 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 34,3 s/ha, buğda üzrə məhsuldarlıq 33,7 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib: Rayon Buğda Arpa Cəmi sahə, ha Biçilib, ha Məhsuldarlıq Cəmi sahə, ha Biçilib, ha Məhsuldarlıq Abşeron 307 220 19,0 761 730 12,5 Ağdam 12228 12228 39,0 2215 2215 35,5 Ağdaş 4273 4262 25,1 11630 11630 24,1 Ağcabədi 22503 22503 37,1 6672 6672 32,7 Ağsu 20039 17840 32,6 16036 15830 31,0 Balakən 1215 1209 28,0 458 458 28,7 Beyləqan 11148 10666 35,2 1765 1765 29,2 Bərdə 9041 9041 44,3 2601 2601 38,9 Biləsuvar 13713 13557 32,0 16456 16456 30,5 Cəbrayıl 2430 2430 35,0 550 550 30,5 Cəlilabad 54907,5 48522 37,2 4509,1 4485 35,0 Füzuli 28621 27859 31,6 8505 8505 29,0 Goranboy 8235 8210 31,0 13750 13750 29,0 Göyçay 8740 8740 30,0 6851 6851 30,5 Hacıqabul 25925 20676 19,0 11008 9967 30,9 İmişli 12715,5 12716 38,7 6322 6322 34,2 İsmayıllı 23200 17503 37,6 6173 6027 31,7 Kürdəmir 18120