İranda qum qasırğasından xəsarət alanların sayı 215 nəfərə çatıb


Digərləri 06 İyl 2019 23:34:44 199 0

İranda qum qasırğasından xəsarət alanların sayı 215 nəfərə çatıb

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində ötən bir neçə gün ərzində xəstəxanaya müraciət edən vətəndaşların sayı 215 nəfərə çatıb.

Bakı. Elnur Bağışov - İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində ötən bir neçə gün ərzində xəstəxanaya müraciət edən vətəndaşların sayı 215 nəfərə çatıb. Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib. Ə.Şəhnəvazinin sözlərinə görə, onlardan 50 nəfəri xəstəxanaya yatırılıb. Şəhnəvazi deyib ki, pasiyentlər tənəffüs sistemi, göz və ürək problemləri ilə müalicə mərkəzlərinə müraciət ediblər.