Hədəfləri ürək döyüntülərilə təyin edən lazer


Digərləri 06 İyl 2019 23:25:00 309 0

Hədəfləri ürək döyüntülərilə təyin edən lazer

ABŞ ordusu, ürək döyüntülərini lazerlər vasitəsilə araşdıraraq uzaq məsafədəki müəyyən hədəfləri tapa bilən bir texnologiya istifadə edəcək.

ABŞ xüsusi qüvvələri, hədəfləri müəyyən etmək üçün texnologiyaya müraciət etməkdən çəkinmir. Ürək döyüntülərini lazerlərlə araşdıraraq hədəflərini uzaqdan müəyyən edə biləcək.

MIT Technology Review bildirir ki, Pentaqon, şüaları istifadə edərək insanların ürək döyüntüsünü oxuya bilən texnologiyanın prototipini Jetson adıyla daha əvvəl tanıtmışdı.

Ürək döyüntü imzası, barmaq izi ya da insan üzü qədər ayırd edici bir xüsusiyyət olmasa da, hədəflərin təyin olunması adına əhəmiyyətli bir rolu üzərinə götürə bilər.