Böyrək daşları zamanı pəhriz:


Digərləri 06 İyl 2019 22:45:00 233 0

Böyrək daşları zamanı pəhriz:

Böyrək daşlarının yaranmaması, eləcə də daşların müalicəsində xalq təbabətinin rolunun olduğu heç kimə sirr deyil. Hətta mütəxəssislər də lazımi məqamlarda xalq təbabəti üsullarından istifadə edilər.

Son.az e-tibb.az-a istinadən həkim-fitoterapevt Elnur Eldaroğlunun böyrək daşları zamanı tövsiyə etdiyi pəhriz proqramını təqdim edir:

Urat daşları zamanı pəhriz

Məsləhətdir

Qələvi mineral sular, süd və süd məhsulları (pendir, qatıq, kəsmik ), kərə yağ, yumurta, tərəvəzlər (badımcan, bolqar bibər, kartof, pomidor, cəfəri, dəfnə), yarmalar (buğda yarması, qarabaşaq), qoz, şəkər, şirin meyvələr, buğda və çovdar çörəyi, makaronlar.

Məhdudlaşdırılır

Duz, ədviyyatlar, qəhvə, tünd çay, kakao, dəniz və çay balıqları, paxlalılar, mayalı çörək, tərəvəzlərdən (ispanaq,quzuqulağı), meyvələrdən (moruq, əncir).

Qadağandır

Ət məhsulları (qaraciyər, böyrək, dil, beyin, dana əti, yağlı ət çeşidləri), piylər, qatı ət və balıq bulyonu, qırmızı şərab, pivə, şokolad.

Oksalat daşları zamanı pəhriz

Məsləhətdir

Tərkibində oksalat turşusunun miqdarı 0,9 qr/kq-a qədər olan məhsullar:

Brüssel kələmi, ağ və gül kələm növləri, kartof, banan, ərik, üzüm, armud, balqabaq, xiyar, noxud. bütün növ yarmalar, ağ çörək, bitki yağları, süd məhsulları.

Məhdudlaşdırılır

Tərkibində oksalat turşusunun miqdarı 1-3 qr/kq olan məhsullar: