Bugatti Montereydə yeni hiperkar nümayiş etdirəcək


Digərləri 06 İyl 2019 22:30:00 252 0

Bugatti Montereydə yeni hiperkar nümayiş etdirəcək

Bugatti şirkəti hər ilin avqust ayında keçirilən Monterey Car Week tədbiri çərçivəsində yeni modeli təqdim etməyə hazırlaşır. Məhdud sayda tirajla buraxılacaq yeni hiperkar Pebble Beach Concours d'Elegance zəriflik müsabiqəsində debüt etməlidir. Bu barədə məlumatı The Supercar Car Blog saytı yayıb.

Son.az autograph.az-a istinadən bildirir ki, 2008-ci ildə Bugatti şirkəti Montereydə Veyron Grand Sport, 2108-ci ildə isə Divo hiperkarını təqdim etmişdi. Bu il isə, fransız istehsalçısı adı naməlum olan hiperkarı təqdim etməlidir. Ən maraqlısı odur ki, naməlum hiperkarın tirajının bir hissəsinin artıq müştərilər tərəfindən alınmışdır.

Bu günə qədər buraxılması planlaşdırılmış 500 Bugatti Chiron modelindən 400-dən çoxu öz sahibini tapıb. Son zamanlar fransız markasının Chiron hiperkarının SS, Superleggera vəı Aperta versiyaları üzərində çalışdığı barədə şayiələr dolaşır. Böyük ehtimalla, nümayiş etdiriləcək hiperkar bu versiyalardan biri ola bilər.