Lənkəranda ağır qəza, ölən var


Digərləri 06 İyl 2019 22:21:00 214 0

Lənkəranda ağır qəza, ölən var

Lənkəranda şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib

Son.az Trend-ə istinadən bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərinin Gərmətük qəsəbəsində "ГАЗ" markalı yük avtomobili və "Mersedes" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri aşmış yük avtomobilinin altından sürücü 1993-cü il təvəllüdlü Tahirov Hakim Mübariz oğlunun meyitini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.