Hovuzlarda uşaqlar üçün


Digərləri 06 İyl 2019 22:15:00 463 0

Hovuzlarda uşaqlar üçün

"Hovuzlarda xlordan çox istifadə edildikdə və onun miqdarı çox olduqda bu, xüsusən uşaqlar üçün təhlükəyə çevrilə bilər. Məsələn, bunun dəriyə, yuxarı tənəffüs yollarına, eləcə də mədə-bağırsağa təsiri çox böyükdür. Uşaqların dərisi, orqanizmi daha həssas olduğu üçün xlor onlara daha pis təsir göstərir. Xlor yuxarı tənəffüs yollarında qıcıqlanma yarada, xlorlu suyun orqanizmə daxil olması nəticəsində isə mədə-bağırsaq sistemində zəhərlənmə baş verə bilər".

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-terapevt Rasif Bağırov bildirib.

Onun sözlərinə görə, xlor suda həll olunmuş formada olsa da, qoxusu hiss edilir: "Həm də əgər hovuzda xlordan çox istifadə edilibsə, bunun mütləq qoxusu hiss edilməlidir. Bu cür hallarda həmin hovuzda və ya kənarında dayanmaq olmaz. Bundan başqa, daha çox astmaya meylli və ya astma xəstəsi olan, eləcə də allergiyası olan uşaqlar bununla bağlı çox diqqətli olmalıdırlar".