Alkohol necə ölümcül ola bilər?


Digərləri 06 İyl 2019 22:05:00 226 0

Alkohol necə ölümcül ola bilər?

Plimut universitetinin alimləri, spirtli içkilərin şüşələrində toksik maddələrin olmasını bildirmişdir.

Tədqiqatçılar 2017-2018-ci illərdə ticarət mərkəzlərindən yığılmış 89 spirtli içki şüşələrinin kimyəvi tərkibini yoxlayaraq, onları təhlil etmişdir. 76 şüşədə aşağı səviyyədə kadmium, 55 şüşədə isə qurğuşun zəhərlənməsi müşahidə edilmişdir.

Tədqiqatların nəticələri, zərərli kimyəvi maddələrin emal edilmiş şüşələrdə olmasını göstərmişdir. Bu halda kadmium konsentrasiya miqdarı milyonda 20 min, qurğuşunun isə milyonda 80 min təşkil etmişdir.

Bundan əlavə, metallar şüşədən ayrılaraq digər əşyalara sirayət edə bilməsi qeyd olunur. Onlar norma həddi keçərək, təhlükəli vəziyyətə çata bilər. 2018-ci ildə Britaniya alimləri yeniyetmənin orqanizmində bisfenolun qalılqlarını aşkar etmişdir. Plastik materialın tərkibinə aid olan bu kimyəvi tərkib, içməli su üçün plastik su qablarında və qida konteynerlərində istifadə olunur. Bu tərkib reproduktiv (çoxsaylı diri orqanizmlərin çoxalmasını tənzimləyən orqan sistemi) sistemin dağılmasına və bir sıra onkoloji xəstəliklərin əmələ gəlməsinə səbəb olur.