Polis “ağıllı” sistemlərdən istifadəyə başladı


Digərləri 06 İyl 2019 21:49:00 261 0

Polis “ağıllı” sistemlərdən istifadəyə başladı

Dubay polisinin öz fəaliyyətində təhlükəsizliyin təmin edilməsi sahəsində "Oyoon" kimi "ağıllı" sistemlərin tətbiqi nəticəsində əmirliyin Palm Jumeirah və Emirates Hillsdə bu il ərzində bir dənə də cinayət qeydə alınmayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Dubay polisinin yaydığı məlumata görə, bu sistem süni intellekt və böyük məlumatların analizi bazası üzərində qurulub. Dubay polisinin nümayəndəsi general-mayor Xəlil İbrahim əl-Mansuri bildirib ki, Dubay polisi həmişə birinci olmağa çalışır və cinayətkarlıqla mübarizədə ən müasir texnologiyalardan istifadə edir. Onun sözlərinə görə, məlumatların analizi mərkəzi cinayətlərin açılmasında və şəhərin təhlükəsizliyi sistemindəki çatışmamazlıqların aşkar edilməsində böyük rol oynayıb.

"Oyoon" şəbəkə layihəsi çərçivəsində videonəzarət kameraları real zaman rejimində şəhər ərazisində baş verən təhlükəli hadisələr barədə məlumatları analiz mərkəzinə göndərir. Kameralar turizm, yol nəqliyyatı və digər sektorlardakı qanun pozuntularına nəzarət edir. Polis cinayətkarları izləmək üçün süni intellektdən və üzlərin tanınması texnologiyasından istifadə edir.