Hamiləlikdə vitamin qəbulu necə olmalıdır?


Digərləri 06 İyl 2019 21:10:00 234 0

Hamiləlikdə vitamin qəbulu necə olmalıdır?

Hamiləlikdə vitamin qəbulu önəmli sayılır. Bu zaman vitaminlərin daha çox təbii qidalardan alınması vacib sayılsa da, bir sıra vitaminlərin əlavə olaraq qəbul olunması tövsiyə edilir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bəs hamiləliyin hansı dövründə hansı vitamin qəbul olunmalıdır?   

Cərrah-mama-ginekoloq Yeganə Əliyeva bildirib ki, hamiləliyin ilk həftələrində dölün beyin və onurğa iliyi ilə əlaqədar problemləri minimuma endirmək üçün gündə 0,4 mg foli turşusu qəbulu gərəklidir. Eyni anda mineral olaraq dəmir, kalsium,maqnezium, yod tərkibli qidalar qəbul etmək lazımdır.

Dəmir: Hamiləliyin ilk aylarında dəmirin qəbulu çox vacibdir. Dəmirin əskikliyi, erkən doğuş və ya düşüyə səbəb olar. C vitamini dəmirin sovrulmasını artırmaq üçün hamiləlik zamanı alınması vacib olan antioksidant vitaminlərdəndir.

Kalsium: Bu müddətdə kalsium ehtiyacı artır. Bu səbəbdən yetərli qədər süd və süd məhsulları qəbul edilməlidir. Əgər bu tip qidalar qəbul edilmirsə, 1000 mg kalsium preparatı alınmalıdır.