Azərbaycan və ABŞ yığmaları arasında yoldaşlıq görüşü keçirilib


Digərləri 06 İyl 2019 21:17:16 211 0

Azərbaycan və ABŞ yığmaları arasında yoldaşlıq görüşü keçirilib

Azərbaycanın gənclərdən ibarət sərbəst güləş üzrə yığması Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir

Bakı. Azərbaycanın gənclərdən ibarət sərbəst güləş üzrə yığması Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir. Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə bildiriblər ki, millimiz iyulun 3-dən Bakıda olan ABŞ-ın müvafiq komandası ilə birgə hazırlıq keçir. İyulun 6-da tərəflərin razılığına əsasən təlim-məşq bazasında komandalar arasında yoldaşlıq görüşü olub. AGF-nın rəhbər şəxslərinin canlı izlədiyi, beynəlxalq dərəcəli hakimlərimizin idarə etdiyi qarşılaşmalar kifayət qədər maraqlı mübarizə şəraitində keçib. Yekunda yığmamız 12:2 hesablı qələbəyə sevinib.