Qocalmağın yeni səbəbi açıqlanıb


Digərləri 06 İyl 2019 21:05:00 219 0

Qocalmağın yeni səbəbi açıqlanıb

Avstraliyanın Monaşa Universitetinin alimləri, immun sisteminin qocalmasına təsir edən bəzi faktorları təyin etmişdir. Belə ki, müəyyən zülalların əmələ gəlməsinin azalması timusun (çəngəlvari vəz) tərkibinə aid edilən xüsusi lüləvarı hüceyrələrin funksiyasını zəiflədir.

Son.az deyerler.org-a istinadən bildirir ki, timus faydalı olaraq muxtəlif limfositlər yaradır, lakin yaş ötdükcə fəaliyyətini itirir. Yaşlı insanlarda bu orqanın fəaliyyətdən düşməsi immun sisteminin zəifləməsinə səbəb olaraq, infeksiyalara qarşı həssaslıq artmaqla yanaşı, xərçəngə tutulma riski də artmış olur.

Alimlər yaşlı insanlarda sümük iliyinin "BMP4" morfogenetik zülalının azalmasını bildirir. Nəticədə çəngəlvarı vəzdə epiteliya hüceyrələrinin miqdarı azalmağa başlayaraq, T- limfositlərin istehsalı azalır. Mütəxəssislərin fikrinə görə, tədqiqatlar, timusun müvəqqəti bərpa edilməsi üçün müəyyən strategiyanın hazırlanmasına kömək edə bilər.