Üzdəki qırışlar hansı xəstəliklərimizdən xəbər verir?


Digərləri 06 İyl 2019 20:49:00 217 0

Üzdəki qırışlar hansı xəstəliklərimizdən xəbər verir?

Qırışlar tək kosmetik problem deyil, qırışların yerləşməsi bəzi xəstəliklərə işarə edə bilər. Xüsusilə bu erkən yaşlarda əmələ gələn qırışlara aiddir.

Alında qırışlar

illi.Az saglamolun.az-a istinadən bildirir ki, dərin və erkən əmələ gəlmiş qırışlar insanın cinsindən asılı olmayaraq ürək xəstəliklərinə və ya bu xəstəliklərinin riskinin yüksək olmasına işarə edir.

Belə hesab olunur ki, alın nahiyəsində dərin qırışlar olan insanlarda hipertoniya, infarkt və insulta meyllik daha çoxdur.

Bu insanlar müntəzəm olaraq şəkər və xolesterinin səviyyəsini, arterial təzyiqini yoxlamalıdır.

Yuxarı göz qapaqlarında qırışlar

Bu sinir sisteminin degenerativ xəstəliklərinə və insulta olan meyliliyə işarə edir.