Yerişinizdən hisslərinizi anlayan süni intellekt


Digərləri 06 İyl 2019 20:35:00 208 0

Yerişinizdən hisslərinizi anlayan süni intellekt

Araşdırmaçılar, maşın öyrənmə metoduyla yaratdıqları yeni süni intellektlə gedən insanların o sırada hansı hisslər keçirdiyini gerçək zamanlı olaraq müəyyən edə biləcəklər.

Son.az deyerler.org-a istinadən bildirir ki, insanların yerimə formaları, araşdırmalara görə o ankı vəziyyətləri haqqında mənalı məlumatlar verir. Məsələn bir insan, kədərli ya da stressli olduqda çiyinləri aşağı olaraq gəzir. Bu yanaşmanı əsas götürən Çapel Hill və Merilend adlı universitetlərdə işləyən araşdırmaçılar, yeni bir maşın öyrənmə metodu yaratdı. Bu metod, insanların o ankı duyğularını təyin edə bilir. Araşdırmaçıların iddiasına görə yeni sistem, qabaqcıl təcrübələrdə 80,07% nisbətində müvəffəqiyyət təmin etdi.

Araşdırmaçılar eyni zamanda duyğu təyin etməyin alver, təhlükəsizlik və hüquq kimi xüsuslarda çox fayda verəcəyini ifadə etdilər. Qrup, sistemi inkişaf etdirərkən xoşbəxtlik, kədərlilik, hirslilik və neytral hal olmaq üzrə dörd ədəd duyğu vəziyyətini əsas götürdüyünü açıqladı. Sonra çox sayda insanın yerimə videosu əldə edildi və 3 ölçülü bir təxmin texnikası istifadə edilməyə başlandı.

İzlədikləri yanaşmanın gerçək zamanlı duyğu təyin olunması baxımından bir ilk olduğunu söyləyən araşdırmaçılar, gələcək dövr üçün daha çox məlumata ehtiyac duyduqlarını söylədilər.