İstivurma və günvurma zamanı ilk tibbi yardım


Digərləri 06 İyl 2019 20:22:00 230 0

İstivurma və günvurma zamanı ilk tibbi yardım

İstivurma - ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddindən artıq qızması və  kəskin ağır vəziyyətin yaranmasıdır. Bu durum təhlükəli hal hesab edilir. İstilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Bu zaman orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir.

Son.az medicina.az-a istinadən bildirir ki, bədəndə mayenin səviyyəsi aşağı düşdükcə tərləmə dayanır və bədən özünü effektiv soyuda bilmir. Bədənin hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və digər vacib orqanlar (ürək və böyrəklər) öz fəaliyyət qabiliyyətlərini itirməyə başlayırlar. Nəticədə istivurma yaranır. İsti vurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda səylə işləmək və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir.

İstivurmanın təsirinə daha çox artıq bədən çəkisi olanlar, yaşlı insanlar, uşaqlar, körpələr,  günün isti vaxtında açıq havada qalanlar, o cümlədən həddən artıq fiziki işlə məşğul olanlar, ürək problemi, şəkər xəstəliyi, digər xroniki xəstələyi olanlar, spirtli içki, yuxu dərmanları qəbul edənlər, zəif qidalananlar məruz qalırlar.

Əlamətləri:

- zəiflik, qızarmış sifət

- baş ağrısı

- başgicəllənmə

- sifətin əvvəlcə qızarması, sonra birdən-birə avazıması

- təngnəfəslik, nəbzin tezləşməsi

- ağır hallarda bədən hərarətinin 40OC-dən artıq olması

İlk yardım

- zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Zərərçəkənə soyuq su verməli, üzünü və sinəsini soyuq su ilə silməli, başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlərə) parçaya bükülmüş buz parçası və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoymaq lazımdır. Başqa bir üsul isə - zərərçəkənin paltarını soyundurub soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin bədən hərarəti normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün.

- Xəstənin vəziyyəti ağırlaşarsa dərhal "təcili yardım" çağırın!

İstivurma davam etdiyi müddətdə  vəziyyət getdikcə daha da ağırlaşır, xəsarət alanda sayıqlama, sonra isə özündən getmə, sifət rənginin  solması, dərinin quru və isti olması, tərləmənin dayanması, tənəffüs və ürək döyüntüsünün tez və zəif olması halları baş verir. Belə vəziyyətdə xəsarət alana təcili tibbi yardım edilməzsə, bu, ölümlə nəticələnə bilər.

Günvurma - günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Günvurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət gün altında qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını  artır və beyinin qan dövranı pozulur.

Əlamətləri:

- zəiflik, qızarmış sifət;

- başgicəllənmə;

- güclü baş ağrıları;

- qulaqlarda küy;

- təngnəfəslik, nəbzin tezləşməsi;