İranda 1 həftədə 144 nəfər ölüb


Dünya 06 İyl 2019 20:16:00 202 0

İranda 1 həftədə 144 nəfər ölüb

29 iyundan 5 iyunadək İranda baş verən hadisələrdə 144 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib.

P.Kulivəndin sözlərinə görə, 1 həftə ərzində 1982 nəfər yaralanıb.

Kulivənd bu müddət ərzində 430 hadisənin qeydə alındığını deyib: "Bunların 190-ı yol nəqliyyatı qəzası, 240-ı isə digər hadisələrdir".