Tülkü balasının 76 günlük səyahəti


Digərləri 06 İyl 2019 19:23:00 223 0

Tülkü balasının 76 günlük səyahəti

Tülkü balası 76 günə Norveçin Arktika adalarından Kanadaya gedib. Bu zaman o, 3506 kilometr yol qət edib.

Greenlandiyanın Sermitsiaq qəzeti yazıb ki, "tülkünün səfəri alimləri mat qoyub".

Norveçin Polar İnistutunun araşdırmaçıları ötən ilin mart ayında dişi tülküyə GPS izləmə cihazı taxaraq onu Spitsbergen adalarının, Svalbard arxipelağındakı əsas adada sərbəst buraxıblar.

Tülkü sərbəst buraxılanda heç bir yaşı da yox imiş və o, qida axtararaq 21 günə 1512 kilometr qət edərək Greenlandiyaya çatıb.

Svalbardı tərk edəndən 76 gün sonra o, daha uzağa, 2000 kilometrə, Kanadanın Ellesmere adasına gedib çıxıb.

"Gözlərimizə inana bilmədik"

Araşdırmaçıları təəccübləndirən heç də tülkünün belə uzaq məsafə qət etməsi yox, sürəti heyran edib: tülkü orta hesabla gündə 46, bəzən 155 kilometr gedib.

"Biz ilk dəfə gözlərimizə inanammadıq. Biz düşündük ki, ola bilsin tülkü ölüb, ya da gəmidə ora qədər aparılıb, amma ətrafda heç bir gəmiyə rast gəlinməyib. Bizi sanki ildırım vurdu", - Norveçin Polar İnstitutundan Eva Fuglei müsahibəsində deyib.

Indiyə kimi heç bir tülkünün belə uzaq məsafəni bu sürətlə qət etməsi qeydə alınmayıb.

Eva Fugei Arnaud Tarroux ilə birgə Norveçin Təbiət Araşdırmaları İnistutunda tülkülərin Arktika mövsümündə baş verən dramatik dəyişiklərlə necə uzlaşmasını öyrənib.

"Yayda kifayət qədər qida var, amma qışda qida tapmaq çətinləşir. Bu zaman Arktika tülküləri qida tapmaq üçün başqa coğrafi ərazilərə miqrasiya edirlər. Bu tülkü bizim əvvəl izlədiklərimizdən fərqli olaraq daha sürətlə gedib. Bu nəticə balaca canlının gözlənilməz bacarığını göstərir", - o deyib.

Polar Inistitutu tülkünün Greenladiyadan keçərək səfəri zamanı iki dəfə fasilə verməsinin grafikini hazırlayıb.