Bu adaya köçənə ayda 500 avro verilir


Digərləri 06 İyl 2019 19:19:00 236 0

Bu adaya köçənə ayda 500 avro verilir

Yunanıstanın Andikitira adasının bələdiyyəsi əhalinin sayını artırmaq üçün buraya köçənlərə yeni ev, torpaq sahəsi və 3 il ərzində hər ay 500 avro (957 AZN) məbləğində ödəniş təklif edir.

Hazırda adanın cəmi 24 daimi sakini var. Onların çoxu yaşlı insanlardır. Yay mövsümündə sakinlərin sayı artaraq 40-a çatır.

Aralıq dənizində yerləşən Andikitiranın bələdiyyə sədri Andreas Charchalakis sakinlərin sayını 300-ə çatdırmaq istəyir.

"Bizim yerimiz çox gözəldir. Qış bir az sərt keçir. Bir neçə gün əvvəl 3 uşaqlı ailə buraya gəldi və adamız bir anda şənləndi.

Bizim adamıza yenidən uşaq səsləri gətirəcək üç gənc ailə axtarırıq", - greekreporter.com saytı Andreas Charchalakis-in sözlərini iqtibas edir.

"Müasirləşdirilmiş kiçik bir yer"

51 kvadrat kilometr ərazisi olan adanın internet saytında Andikitira "müasirləşdirilmiş kiçik bir yer" olarak təqdim edilir.

Yerli hakimiyyət bildirir ki, adada yaşamağa maraq göstərən namizədlər arasında üstünlük Yunanıstan vətəndaşlarına veriləcək.