Tuba yeni serialda kimlə tərəf müqabili olacaq?


Digərləri 06 İyl 2019 18:56:00 208 0

Tuba yeni serialda kimlə tərəf müqabili olacaq?

Türkiyəli aktrisa Tuba Büyüküstünün yeni mövsümdə hansı aktyorla baş rol oynayacağı barədə bir neçə versiyalar səsləndirilir.

Son.az axşam.az-a istinadən bildirir ki, əvvəlcə aktrisanın fanatları onun Engin Akyüreklə yenidən bir araya gələcəyini bildirib.

Daha sonra Tubanın Kənan İmirzalıoğlu ilə kamera qarşısına keçəcəyi iddia edilib.

Ötən günlərdə isə  onun Saruhan Hünellə yeni bir serialda rol alacağı barədə xəbərlər yayılıb. Ancaq aktrisa yayılan iddialar barədə heç bir açıqlama verməyib.