Bakıda nasaz motosikleti oğurlayan şəxs saxlanıldı


Kriminal 06 İyl 2019 18:30:00 196 0

Bakıda nasaz motosikleti oğurlayan şəxs saxlanıldı

Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini O.Rəhimli iyulun 3-də saat 23 radələrində A.Səhhət küçəsindən nasaz vəziyyətdə olan "Yamaha" markalı motosikletinin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçiridkləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Məmmədov həmin motosikletlə birlikdə saxlanılıb.

Araşdırma aparılır.