Ümumdünya İrs Komitəsinin 43cü sessiyasında Çexiya və Almaniyanın təqdim etdikləri nominasiyalar qəbul olunub


Kriminal 06 İyl 2019 18:36:00 257 0

Ümumdünya İrs Komitəsinin 43cü sessiyasında Çexiya və Almaniyanın təqdim etdikləri nominasiyalar qəbul olunub

İyulun 6-da günün ikinci yarısında Ümumdünya İrs Komitəsi 43-cü sessiyasında baxılan daha bir məsələ Çexiyanın təqdim etdiyi "Kladrubi nad Labem mərasim atlarının təlimi və yerləşdirilməsi" nominasiyası olub.

Son.az Trend-ə istinadən bildirir ki, nominasiya barədə məlumatda bildirildi ki, Kladruby nad Labem indiki Çexiya ərazisində Pardubitse diyarında kiçik kənddir. Buradakı atçılıq zavodu Habsburq imperiyasında yaranmış (XVI əsr) fermer təsərrüfatının bir hissəsi olub və Avropada atçılığın inkişafına öz təsirini göstərib.

Təqdimatla bağlı ICOMOS bildirdi ki, qərar layihəsində bufer zonası genişləndirilməli, yeni sənədlər hazırlanmalıdır. Bu faylla bağlı növbəti informasiyalar verilənə qədər yeni idarəçilik planı da hazırlanmalıdır.

Qırğızıstan, Kanada, Avstraliya, İspaniya və digər ölkələr formal hesabatlıqla bağlı dəyişikliklərin təsdiqlənməsinin vacibliyini vurğuladılar və qərarın layihəsinə müsbət baxılmasının tərəfdarı olduqlarını bəyan etdilər. Gərgin müzakirələrdən sonra nominasiya Dünya İrs Siyahısına salınıb

Daha bir təqdimat Almaniyanın hazırladığı "Auqsburq su idarəetmə sistemi" ilə bağlı nominasiya qovluğu olub.

Nominasiya barədə məlumatda bildirildi ki, yeddi əsrdən çoxdur bu sistemdən istifadə edilir. Faylla bağlı geniş qiymətləndirmə aparılıb, əsaslandırma əhatəli şəkildə qeyd olunub və o, Dünya İrs Siyahısına daxil olmağa tam hazırdır. Vurğulandı ki, Auqsburq su idarəetmə sistemi dayanıqlı sistemdir və insan fəaliyyətinin təzahürüdür.