Qara dənizdə batan rus katamaranının göyərtəsində 55 sərnişin olub


Dünya 06 İyl 2019 18:00:00 239 0

Qara dənizdə batan rus katamaranının göyərtəsində 55 sərnişin olub

Qara dənizdə batan və iki nəfərin öldüyü rus katamaranının göyərtəsində 55 sərnişin olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Krasnodar vilayətinin Tuapse rayonunun başçısı Anatoli Rusin onların arasında 15 azyaşlının olduğunu bildirib.

Onun sözlərinə görə, iyulun 5-də axşam saatlarında Cuqba qəsəbəsi yaxınlığına batan katamaran cəmi 12 nəfərlik olduğu halda, ona 55 sərnişin minib. Digər tərəfdən, bu su nəqliyyat vasitəsi istismar müddətini də başa vurub.

Rayon rəhbəri əlavə edib ki, köhnə katamaranın beş dəfədən artıq yüklənməsi nəticəsində faciə baş verib. İnsident çimərlik ərazisində baş verməyib və hazırda dənizdə istifadə olunan digər su nəqliyyat vasitələrinin yoxlanılmasına başlanılıb.