Park Cinemada “Hörümçək adam: evdən uzaq” filminin xüsusi nümayişi keçirilib FOTO


Digərləri 06 İyl 2019 18:06:00 282 0

Park Cinemada “Hörümçək adam: evdən uzaq” filminin xüsusi nümayişi keçirilib  FOTO

Park Cinema "Hörümçək adam: evdən uzaq" filminin xüsusi baxışını keçirib.

"Hörümçək adam"ın pərəstişkarları Park Cinema Metropark-a yığışmışdılar ki, bu dəfə Avropa tətillərinə yola düşən Piter Parkerin macəraları haqqında növbəti filmi seyr etsinlər. 

Filmdəki hadisələrin qəfil "döngələri" barədə danışmayacağıq, bu barədə rejissorlar kimi, xüsusi nümayişin təşkilatçıları da xahiş edir. 

"Qisasçılar"ın üçüncü fazasının sonuncu filmi və Dəmir Adam Toni Starkın sadiq personaj kimi xatırlandığı birinci film bütün franşiza tarixində ən kult filmlərdən biri olmaq şansına malikdir. Yaradıcılar həm də Cek Cillenhollu dəvət etməklə Misteriyaya yeni həyat vermiş olublar, Tom Holland isə Hörümçək-adam rolunun öhdəsindən mükəmməl gəlib. Nik Fyurini ifa edən möhtəşəm Samuel L.Cekson bir il ərzində Marvelin kinematoqrafik kainatındakı üç filmdə peyda olan ilk aktyor oldu.

Park Cinema Metroparkdakı xüsusi nümayişin qonaqları sırasında videobloqer Taleh Yüzbəyov və aktyor Azər Aydəmir də vardı. Əlbəttə ki, Hörümçək-adamsız da iş keçməzdi. Ümumiyyətlə, bu Park Cinema üçün xoş ənənəyə çevrilir: martın sonunda Şəbəkə sonuncu "Qisasçılar"ın xüsusi nümayişini təşkil etmişdisə, indi də "Hörümçək adam"ı tamaşaçılarla görüşdürdü.