Ağdamda 55 yaşlı kişi qarğıdalı yığarkən öldü


Digərləri 06 İyl 2019 18:07:57 299 0

Ağdamda 55 yaşlı kişi qarğıdalı yığarkən öldü

Ağdam rayon sakini əkin sahəsində qəfil keçinib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Quzanlı kəndində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Mehdiyev Sərxan Əliş oğlu axşam saatlarında sahəyə qarğıdalı yığmağa gedib.

Bir müddətdən sonra S.Mehdiyev sahədə qəfil dünyasını dəyişib.

Mərhumun meyiti gecə saatlarında oğlu tərəfindən qarğıdalı sahəsində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.