Sumqayıt sakinindən əl qumbarası götürülüb


Digərləri 06 İyl 2019 17:24:00 191 0

Sumqayıt sakinindən əl qumbarası götürülüb

Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçiridkləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakı. Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçiridkləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Şəxsi axtarış zamanı ondan alışqanı ilə birlikdə “F-1” qumbarası aşkar edilərək götürülüb. Polis bölməsində aparılmış araşdırmalarla onun Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər oğurluq, narkotiklərlə əlaqəli və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş Ağakərim Məmmədov olduğu müəyyən edilib.