Gəncədə keçmiş məhkumdan silahsursat götürüldü FOTO


Kriminal 06 İyl 2019 17:13:00 235 0

Gəncədə keçmiş məhkumdan silahsursat götürüldü  FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Son.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 43 yaşlı Həsən Quliyevin əlindəki torbadan 1 ədəd lüləsi və qundağı kəsilmiş tək lüləli, 16 kolibirli ov tüfəngi və 6 ədəd 16 kolibirli patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərə aid fotolar