43cü sessiya çərçivəsində “İrs vasitəsilə sülhün əldə olunması” mövzusunda müzakirələr aparılıb FOTO


Kriminal 06 İyl 2019 17:07:00 250 0

43cü sessiya çərçivəsində “İrs vasitəsilə sülhün əldə olunması” mövzusunda müzakirələr aparılıb  FOTO

İyulun 6-da Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində İtaliyanın Romualdo Del Bianko Fondunun "İrs vasitəsilə sülhün əldə olunması" mövzusunda tədbiri keçirilib.

Mədəniyyət Nazirliyindən Son.az-a verilən məlumata görə, tədbir yerli mədəni irs nümunələrinin yerləşdiyi ərazilərin dayanıqlı inkişafı üçün güclü mexanizmlərin yaradılması, yerli mədəni təzahürlərin təşviqi, mühafizəsi və inkişafına həsr olunub.

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına sədrlik edən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək sessiyada nominasiyaların qiymətləndirilməsi, siyahıya salınması istiqamətində məhsuldar müzakirələrin aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, İtaliya nümayəndə heyəti də bu sessiyada çox fəal iştirak edir.

Vurğulanıb ki, Romualdo Del Bianko Fondu mədəni irs sahəsində uğurla fəaliyyət göstərir: "İrs vasitəsilə sülhün əldə olunması" ideyasını da dəstəkləyirik. Bu, dünyada sülhün əldə olunması baxımından olduqca vacib məsələdir".

Tədbirdə çıxış edən Romualdo Del Bianko Fondunun baş katibi Simone Giometti, fondun vitse-prezidenti Şarlotta del Bianko, İCCROM-un (Mədəni mülkiyyətlərin qorunması və bərpası üzrə Beynəlxalq tədqiqat mərkəzi) abidələr üzrə şöbəsinin direktoru Josef King tədbirin əhəmiyyətindən danışıblar.


Xəbərə aid fotolar