İranda təyyarə təcili eniş etdi


Digərləri 06 İyl 2019 15:56:00 235 0

İranda təyyarə təcili eniş etdi

İranın Sari şəhərindən Bəndər Abbas istiqamətində uçan təyyarə texniki nasazlığa görə Yəzd vilayətinin Şəhid Səduqi aeroportunda təcili eniş edib.

Bakı. Elnur Bağışov - İranın Sari şəhərindən Bəndər Abbas istiqamətində uçan təyyarə texniki nasazlığa görə Yəzd vilayətinin Şəhid Səduqi aeroportunda təcili eniş edib. Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti aeroportlarının baş direktoru Sədulla Vətənxah deyib. S.Vətənxahın sözlərinə görə, QeshmAir hava yolları şirkətinə məxsus Fokker 100 sərnişin təyyarəsinin motorunda yanğın baş verib.