Tramp UNOlar barədə bəyanat verdi


Digərləri 06 İyl 2019 15:46:00 178 0

Tramp UNOlar barədə bəyanat verdi

ABŞ prezidenti onların varlıqlarına inanmadığını, lakin həyatda hər şeyin mümkün olacağını söyləyib.

Birləşmiş Ştatların prezidenti Donald Tramp uçan naməlum obyektlərin (UNO) varlığına şübhə ilə yanaşdığını bildirib.

Son.az musavat.com-a istinadən bildirir ki, o, bu barədə fikrini özünün sevimli "Fox News" kanalına müsahibəsində deyib. Lakin Tramp onların bir gün peyda ola biləcəyini istisna etmədiyini vurğulayıb.

"Detallara girmək istəmirəm. Ancaq şəxsən bu məsələdə olduqca şübhəliyəm", - Ağ Evin rəhbəri qeyd edib.

Jurnalist prezidentdən başqa planetdən gələnləri gördüklərini söyləyən hərbi-hava qüvvələrinin pilotları barədə nə bildiyini soruşub. Dövlət başçısı onları hətta pilot olaraq belə adlandırmayıb.

"Bizdə bəzi cisimləri görən admlar var,- D.Tramp bun söyləməklə kifayətlənib.