Sentyabrda toyu olacaq


Digərləri 06 İyl 2019 15:20:00 215 0

Sentyabrda toyu olacaq

Nişanlısı Uğur Akkuş ilə Türkiyənin Göcek istrahət mərkəzində dincələn keçmiş model Ebru Şallı İstanbula qayıdıb.

Son.az axşam.az-a istinadən bildirir ki, oğluyla birlikdə axşam yeməyi yiyən Şallı restorandan çıxanda jurnalistlərin suallarını cavablandırıb.

Nə zaman nikah masasına oturacağı soruşulan Ebru toyun sentyabrda olacağını açıqlayıb. O, dəbdəbəli mərasim etməyəcəklərini, yalnız ailə üzvlərinin olacağını kiçik məclis quracaqlarını söyləyib.

Daha sonra Şallı yeni aldığı 700  min lirəlik "Jaguar F-Pace" avtomobilinə minərək, hadisə yerindən uzaqlaşıb.