Cavid Qurbanov: "Yaxın gələcəkdə Azərbaycanda 1500 kilometrədək dəmiryol xətti təmir ediləcək"


Digərləri 06 İyl 2019 14:01:00 242 0

Cavid Qurbanov: "Yaxın gələcəkdə Azərbaycanda 1500 kilometrədək dəmiryol xətti təmir ediləcək"

Son üç il ərzində Azərbaycanda 875 kilometr dəmiryolu xətti təmir edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Çindən gələn konteyner qatarının qarşılanma mərasimi zamanı deyib.

C.Qurbanovun sözlərinə görə, növbəti 3 ildə daha 1500 kilometrədək dəmiryol xəttinin təmiri planlaşdırılır:

"Bu il bir neçə tender keçiriləcək. Yəqin ki, Rusiya sərhədinədək dəmir yolunun təmiri bu ilin sonu və ya gələn ilin əvvəlində başlayacaq".