Bakıda mağazada soyğunçuluq edildi


Kriminal 06 İyl 2019 14:06:00 196 0

Bakıda mağazada soyğunçuluq edildi

Bakıda mağazadan soyğunçuluq yolu ilə geyim əşyaları aparılıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə iyulun 5-də Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birində baş verib.

Həmin gün ticarət mərkəzində olan mağazadan 138 manat dəyərində geyim əşyalarının aparılması barədə 22-ci polis şöbəsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini R.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.