Abşeron sakinini bıçaqla hədələyib pulunu və telefonunu alıblar


Digərləri 06 İyl 2019 14:00:00 203 0

Abşeron sakinini bıçaqla hədələyib pulunu və telefonunu alıblar

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsi ərazisində naməlum şəxsin Abşeron sakinini bıçaqla hədələyib 150 manat pulunu və mobil telefonunu aldığını bildirilib.

Bakı. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini H.Məmmədov iyunun 23-də saat 4 radələrində Biləcəri qəsəbəsi ərazisində naməlum şəxsin onu bıçaqla hədələyib 150 manat pulunu və mobil telefonunu aldığını bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib. Quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini E.Zayidov polis əməkdaşları tərəfindən saxlanılıb.